...

Kürdəmirdə traktor yanıb

Hadisə Materials 27 Avqust 2019 22:51 (UTC +04:00)
Kürdəmir rayonunda yanğın qeydə alınıb
Kürdəmirdə traktor yanıb

Bakı. Trend:

Kürdəmir rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Mollakənd kəndində "T-28" markalı traktorun qoşqusunun 2 ədəd təkəri və qoşquya yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb.

Qoşqunun, ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti