...

Salyanda qəza: 2 nəfər öldü, 1 nəfər yaralandı

Hadisə Materials 31 Avqust 2019 10:56 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünən axşam Salyan rayon ərazisində baş verən avtomobil qəzasında 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bir qadın isə bazu sümüyünün sınığı xəsarəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti