...

Salyanda maşın aşdı, sürücü öldü

Hadisə Materials 28 Oktyabr 2019 13:23 (UTC +04:00)
Salyan rayonunun Xələc kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Salyanda maşın aşdı, sürücü öldü

Bakı. Samir Əli - Trend:

Salyan rayonunun Xələc kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 26-da saat 14 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində Biləsuvar rayon sakini Ağamşah Fətullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti