...

Kiyevdə Azərbaycan vətəndaşını qətlə yetirən şəxsin yaxalanması Ukrayna Milli Polisində nəzarətdə saxlanılır - Səfirlik

Hadisə Materials 29 Oktyabr 2019 19:04 (UTC +04:00)
Ukrayna Milli Polisində görüş keçirilib.
Kiyevdə Azərbaycan vətəndaşını qətlə yetirən şəxsin yaxalanması Ukrayna Milli Polisində nəzarətdə saxlanılır - Səfirlik

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Azərbaycan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun soydaşlarımızın hüquqlarının qorunması və onlara qarşı törədilən cinayətlərin üstünün açılmasına dair göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə bildiriblər ki, Daxili İşlər Nazirliyinin səfirliyinin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Milli Polisin birinci müavini, polis generalı Yevqen Koval ilə görüşərək soydaşlarımıza qarşı, o cümlədən Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb. Yevqen Koval azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll olunacağını qeyd edib. Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Ukrayna Milli Polisin Cinayət-Axtarış Departamentinin rəisi, polis polkovniki Vadim Dzyubımski və kollegiyanın üzvləri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti