...

Avtoservisdən qaçırdığı “Mercedes”i işıq dirəyinə vurub qəza törətdi

Hadisə Materials 6 Noyabr 2019 19:42 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda avtoservislərin birindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə edilərkən işıq dirəyinə vurulub.

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti