...

Binəqədidə avtomobil beton maneəyə çırpılıb, 2 ölü

Hadisə Materials 29 Noyabr 2019 18:51 (UTC +04:00)
Binəqədidə ağır yol qəzası olub.
Binəqədidə avtomobil beton maneəyə çırpılıb, 2 ölü

Bakı. Trend:

Binəqədidə ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “Khazar” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1993-cü il təvəllüdlü Ağayev Ağarza Eldar oğlunun və 1 sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti