...

Ticarət Mərkəzindəki yanğınla bağlı əraziyə təyyarə cəlb olundu (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 10 Dekabr 2019 11:30 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi səhər saatlarında "Eurohome" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.
Ticarət Mərkəzindəki yanğınla bağlı əraziyə təyyarə cəlb olundu (FOTO/VİDEO) (YENİLƏNİB)

İlk xəbər saat 09:59-da yayılıb

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.

Trend FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub.

saat 11:00

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

Bu barədə Trend FHN-ə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

Saat 09:59

Fövqəladə Hallar Nazirliyi səhər saatlarında "Eurohome" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti malları mağazasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. "Çağırış 3" elan olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti