...

Bakıda terminalların birindən 1590 manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Hadisə Materials 23 Dekabr 2019 18:13 (UTC +04:00)
Xətai rayonu ərazisindəki ödəmə terminallarının birindən pul oğurlamaqda şübhəli bilinən N.Cəfərov saxlanılıb.
Bakıda terminalların birindən 1590 manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Trend:

Xətai rayonu ərazisindəki ödəmə terminallarının birindən pul oğurlamaqda şübhəli bilinən N.Cəfərov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai RPİ 36-PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon ərazisindəki ödəmə terminallarının birindən 1590 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini N.Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti