...

Bakı sakinini odlu silahla qətlə yetirən şəxs saxlanılıb

Hadisə Materials 28 Dekabr 2019 13:53 (UTC +04:00)
Bakı şəhər sakini Xəyal Cəfərovu qətlə yetirməkdə şübhəli bilinən K.Mahmudov müəyyən edilərək saxlanılıb.
Bakı sakinini odlu silahla qətlə yetirən şəxs saxlanılıb

Bakı. Trend:

Bakı şəhər sakini Xəyal Cəfərovu qətlə yetirməkdə şübhəli bilinən K.Mahmudov müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai rayonu ərazisində Bakı şəhər sakini Xəyal Cəfərovun odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyitinin tapılması barədə Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Mahmudov müəyyən edilərək saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi kustar üsulla hazırlanmış tapança aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti