...

Qəbiristanlıqda quldurluq edən şəxs saxlanıldı

Hadisə Materials 23 Yanvar 2020 15:44 (UTC +04:00)
Polis əməliyyat-axtarış tədbirləri aparıb
Qəbiristanlıqda quldurluq edən şəxs saxlanıldı

Bakı. Trend:

Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini D.Əhmədov yanvarın 16-da saat 23 radələrində rayon ərazisindəki qəbiristanlıqda 3 nəfərin onu bıçaqla hədələyərək 600 manat tələb etmələrini, olmadığını dediyindən döyüb mobil telefonunu aldıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən A.Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti