...

Yol qəzasında xəsarət alan şagirdlər özəl klinikaya köçürüldü (FOTO)

Hadisə Materials 24 Yanvar 2020 13:48 (UTC +04:00)
Təhsil Nazirliyinin nümayəndələri avtomobilin vurması nəticəsində ağır xəsarət alan şagirdlərə baş çəkib.
Yol qəzasında xəsarət alan şagirdlər özəl klinikaya köçürüldü (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin nümayəndələri avtomobilin vurması nəticəsində ağır xəsarət alan şagirdlərə baş çəkib.

Trend-in məlumatına görə, məktəbə gedərkən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı minik avtomobili vurub.

Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb:

"Hazırda şagirdlər müalicələrini "Bakı City Hospital"da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti