...

Səbaildə baş verən partlayışın səbəbi məlum olub

Hadisə Materials 7 Fevral 2020 21:47 (UTC +04:00)
Bakı şəhəri, Səbail rayonu ərazisində baş verən partlayışla bağlı "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri də həmin məkana baxış keçirib
Səbaildə baş verən partlayışın səbəbi məlum olub

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonu ərazisində baş verən partlayışla bağlı "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri də həmin məkana baxış keçirib.

Birlikdən Trend-ə verilən məlumata görə, ilkin qənaətimiz belədir ki, hadisəyə mənzildaxili qaz sızması səbəb olub. Həmin yerin yaxınlığından keçən yeraltı qaz xətti də ciddi şəkildə yoxlanılıb.

Nəticə etibarı ilə bu kəmərdə hər hansı qaz sızması aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti