...

Bərdədə iki “VAZ” toqquşdu - Sərnişin öldü

Hadisə Materials 8 Fevral 2020 13:09 (UTC +04:00)
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Bərdədə iki “VAZ” toqquşdu - Sərnişin öldü

Bakı. Trend:

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, fevralın 7-də saat 9 radələrində Bərdə rayonunun Alpoud kəndinin ərazisində rayon sakini R.Qasımovun və Mingəçevir şəhər sakini N.Fərəcovun idarə etdikləri “VAZ” markalı 2 avtomobil toqquşublar.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Qasımovun sərnişini, həmyerlisi Adilə Əzizova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti