...

Siqaretləri gizli şəkildə ölkəyə keçirmək istəyi baş tutmadı

Hadisə Materials 12 Fevral 2020 13:36 (UTC +04:00)
Gürcüstandan idarə etdiyi "Mercedes-Benz C200" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və sorğu-sual olunub.
Siqaretləri gizli şəkildə ölkəyə keçirmək istəyi baş tutmadı

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz C200" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı isə avtomobilin yük yerində "KING" markalı 6000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti