...

Nəsimi rayonunda maşın piyadanı vurub öldürdü

Hadisə Materials 17 Fevral 2020 15:01 (UTC +04:00)

Bakı. Trend:

Nəsimi rayonunun A.Mustafayev küçəsində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-da saat 20 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində Qusar rayon sakini Ş.Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Balakən rayon sakini Əlixan Bayramovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti