...

Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Hadisə Materials 20 Fevral 2020 15:32 (UTC +04:00)
Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.
Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Bakı. Trend:

Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 8 radələrində Nəsimi rayonu ərazisində piyada keçidində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini V.Ələkbərova vurulmuş və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti