...

Biləsuvarda iki "VAZ" toqquşub: 1 nəfər ölüb

Hadisə Materials 5 Mart 2020 18:15 (UTC +04:00)
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Biləsuvarda iki "VAZ" toqquşub: 1 nəfər ölüb

Bakı. Trend:

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 5-də saat 2 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində M.Nəsibovun idarə etdiyi “VAZ-21014” və N.Şirinovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölüb, 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti