...

Bakı polisi bir gündə itkin düşmüş 9 nəfəri tapdı

Hadisə Materials 14 Mart 2020 11:04 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də 31 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 11 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 27 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 9 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti