...

Bakıda hoteldə gecələyən şəxs pəncərədən qaçdı (FOTO)

Hadisə Materials 15 Aprel 2020 10:37 (UTC +04:00)
Bakıda hoteldə gecələyən şəxs pəncərədən qaçdı (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda oğurluq hadisəsi baş verib. Hadisə ötən axşam saat 21:00 radələrində Səbail rayonu ərazisində yerləşən "Sahil Inn" hotelində qeydə alınıb.

Oğurluq hadisəsi hoteldə gecələyən şəxs tərəfindən törədilib.

Zərərçəkmiş şəxsin Trend-ə verdiyi məlumata görə, hoteldə gecələmək üçün qeydiyyatdan keçən Ərəbov Zaur adlı şəxs, binanın arxa həyətinə baxan pəncərədən qaçıb və özü ilə televizor aparıb:

"Həmin şəxs hoteldə xanımla qalırdı. Hadisə baş verən axşam qadın qulağında telefon, guya danışırmış kimi hoteldən çıxaraq uzaqlaşıb. Z.Ərəbov isə 21:00 radələrində hotelin pəncərəsindən tullanaraq qaçıb. Hadisə barədə polisə müraciət etdik. Sözügedən şəxsin əsl adının Novruzov Atilay olduğu məlum oldu. Hazırda faktla bağlı araşdırma aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti