...

Bakıda qəza törədən "VAZ" yolun kənarına aşdı (FOTO)

Hadisə Materials 18 May 2020 09:32 (UTC +04:00)
Bakıda qəza törədən "VAZ" yolun kənarına aşdı (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Binəqədi - Balaxanı yolunda qeydə alınıb. Binəqədi istiqamətində hərəkətdə olan "VAZ" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı boşluğa aşıb. Nəticədə sürücü xəsarət alıb.

Hadisə səbəbindən qeyd olunan yolda avtomobillər arasında sıxlıq qeydə alınıb. Qəza yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti