Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.