...

Gənc oğlan küçədə bıçaqlandı

Hadisə Materials 2 İyun 2020 09:50 (UTC +04:00)
Bakıda bıçaqlanma hadisəsi baş verib
Gənc oğlan küçədə bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini 2001-ci il təvəllüdlü Elnur Şəfiyev küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Şəfiyevə xəsarət yetirməkdə şübhəli bilinən Xəyal Bağırov saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti