...

Nehrəmdə avtobus aşıb, ölən var

Hadisə Materials 7 İyul 2020 12:45 (UTC +04:00)
Nehrəmdə avtobus aşıb, ölən var

Bakı. Trend:

Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 6-da saat 7 radələrində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini C.Vahabov idarə etdiyi “İsuzu” markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb.

Nəticədə C.Vahabovun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb.

Babək RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti