...

Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 23 Dekabr 2020 12:04 (UTC +04:00)
Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Anar Qurbanov cari ilin aprel və dekabr aylarının müxtəlif vaxtlarında şəhər ərazisindəki 4 fərdi yaşayış evindən, 5 müxtəlif təyinatlı mağaza və 1 köşkə qanunsuz olaraq daxil olaraq oradan ümumi dəyəri 12.469 manat olan müxtəlif növ məişət əşyaları, tütün və qida məmulatları, geyim əşyaları, xalça, mobil telefon və kompyuter avadınlaqrını oğurlayıb.

A.Qurbanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Hazırda saxlanılan şəxsin digər anoloji cinayətlərdə iştirak edib-etməməsi və törətdiyi cinayət hadisələrində digər şəxs və şəxslərlə cinayət əlaqlərinin olub-olmaması istintaq-əməliyyat tədbirləri ilə araşdırılır. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti