...

Karantini pozan kafenin icarədarı və müştərilər polis şöbəsinə aparılıb (FOTO)

Hadisə Materials 28 Dekabr 2020 11:57 (UTC +04:00)
Karantini pozan kafenin icarədarı və müştərilər polis şöbəsinə aparılıb (FOTO)

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib.

Həmin şəxslər-kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini Fuad Abdullayev və müştərilər Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti