...

“Türk Hava Yolları”nın təyyarəsi İstanbulda təcili eniş etdi (FOTO)

Hadisə Materials 3 Yanvar 2021 18:23 (UTC +04:00)
“Türk Hava Yolları”nın təyyarəsi İstanbulda təcili eniş etdi (FOTO)

Bakı. Trend:

“Türk Hava Yolları”nın B777-F tipli yük təyyarəsi İstanbulun “Atatürk” hava limanından hava qalxandan qısa zaman sonra geri dönərək təcili eniş edib.

Trrend-in məlumatına görə, təyyarənin gövdəsində quş sürüsü ilə qarşılaşma nəticəsində nasazlıq yaranıb.

"THY" şirkətindən bu barədə verilən açıqlamada TK6220 saylı karqo təyyarəsinin İstanbul-Almatı səfərini yerinə yetirmək üçün hərəkət etdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti