...

Bakıda "Mercedes" yanıb

Hadisə Materials 4 Yanvar 2021 03:32 (UTC +04:00)
Bakıda "Mercedes" yanıb

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 25 m² olan qarajın içərisində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Qaraj və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti