...

Qanunsuz silah saxlayan şəxs tutulub

Hadisə Materials 27 Yanvar 2021 10:30 (UTC +04:00)
Qanunsuz silah saxlayan şəxs tutulub

Bakı. Samir Əli - Trend:

Samuxda qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları rayonun Poylu kənd sakini İsgəndər Məmmədovdan 32 kalibirli müvafiq sənədləri olmayan qoşa lüləli, istifadəyə yararlı tüfəng aşkar edərək götürüb.

Hazırda faktla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti