...

İsmayıllı sakinlərindən 6 ədəd odlu silah götürülüb

Hadisə Materials 19 Fevral 2021 10:26 (UTC +04:00)
İsmayıllı sakinlərindən 6 ədəd odlu silah götürülüb

Bakı. Samir Əli - Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən evlərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun İstisu kənd sakinləri- Elşad və Səyyar Əzizovlar, Akif və Vüsal Süleymanovlar, Fuad Qəribov, Ceyhun Haşımovdan müvafiq sənədləri olmayan, ümumilikdə 6 ədəd “İJ” və “Toz” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti