...

Yevlaxda ev yanıb, xəsarət alan var

Hadisə Materials 23 Fevral 2021 09:05 (UTC +04:00)

Bakı. Trend:

Yevlaxda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə Bəydili kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti