Bakı. Elçin Mehdiyev – Trend:
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 8 hadisə baş verib, nəticədə 2 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Trend-in məlumatına görə, ümumilikdə qeyd olunan müddət ərzidə ölkədə 376 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,4 faiz azalaraq 495 nəfər olub. Onlardan 125-i həlak olub, 370-i isə yaralanıb.
Bütün yol-nəqliyyat hadisələrinin 37,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,9 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 84,0 faizini, yaralananların isə 72,7 faizini kişilər təşkil edib.
Hadisələrin 75,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Twitter: @ElchinMehdiyev