...

Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb

Hadisə Materials 30 Avqust 2021 09:36 (UTC +04:00)
Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb

Bakı. Samir Əli - Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Mingəçevir şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş Babək Muxtarov saxlanılıb.Şəxsi axtarış zamanı həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti