...

Ağdamda istixanada yanğın olub

Hadisə Materials 3 Sentyabr 2021 20:45 (UTC +04:00)

Bakı. Trend:

Ağdam rayonunda ümumi sahəsi 8000 m² olan istixananın polietilendən ibarət üzlüyü və taxta atmaları 75 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti