...

Astara gömrük postunda 137 kiloqram heroin aşkarlanıb

Hadisə Materials 3 Dekabr 2021 13:05 (UTC +04:00)
Astara gömrük postunda 137 kiloqram heroin aşkarlanıb

Bakı. Humay Ağacanova - Trend:

Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" hesabında paylaşım edib.

Sədr qeyd edib ki, ölkənin cənub sərhədində - Astara gömrük postunda 137 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti