...

Tovuzda saxta vaksin pasportu satan tibb bacısı saxlanılıb

Hadisə Materials 15 Dekabr 2021 12:41 (UTC +04:00)
Tovuzda saxta vaksin pasportu satan tibb bacısı saxlanılıb

Bakı. Samir Əli - Trend:

Tovuzda saxta COVID-19 pasportu satan tibb bacısı saxlanılıb.

Bu barədə Trend-ə Tovuz Rayon Polis Şöbəsindən məlumat verilib.

Şöbə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta COVID-19 pasportu verdiyi üçün saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti