...

Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib

Hadisə 26 Yanvar 2022 09:41 (UTC +04:00)
Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib

Bakı. Trend:

11000 manat pulunun oğurlanması ilə bağlı polisə yalan məlumat verən şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti