Bakı. Fərid Zöhrabov - Trend:
Bakıda hərəkətdə olan minik avtomobili digər hərəkət zolağına keçərək “BakuBus” MMC-ə məxsus 14 nömrəli marşrut xətti ilə hərəkət edən sərnişin avtobusuna çırpılıb .
Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
Hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonunda Füzuli küçəsində baş verib.
O bildirib ki, ilkin məlumata görə, günah avtobus sürücüsündə olmayıb:
“Qəza minik avtomobilinin yol hərəkəti qaydasını pozması səbəbindən baş verib. Nəticədə avtobusun sürücüsü ayağından yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
Twitter:@FaridZohrabov