Bakı. Trend:
Braziliyanın San-Paulu ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə bölgənin xilasetmə xidməti məlumat yayıb.
Qeyd olunur ki, hadisə yerli vaxtla 12:00 radələrində ştatın paytaxtı olan San-Paulu şəhərindən 120 kilometr məsafədə baş verib. Təyarrə meşə zolağına çırpılaraq yanıb.
Yerli KİV təyyarədə üç nəfərin olduğunu, onlardan heç birinin sağ qalmadığını bildirir.