...

Xəzərdə batan şəxsin meyiti tapılıb

Hadisə Materials 13 Avqust 2022 14:09 (UTC +04:00)
Xəzərdə batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

Dənizdə ("Zuğulba 3" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

xxx

13:14

Bakının Xəzər rayonunda, dənizin nəzarətsiz hissəsində 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti