Bakı. Trend:
Qusarda yeniyetmənin ölümü ilə bağlı araşdırmalara başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusina cavab olaraq bildirilib ki,16 yaşlı şəxsin gölməçədə boğularaq ölməsi faktı ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, avqustun 20-də Qusar rayonu, Əniğ kəndi ərazisində yerləşən gölməçədə 2006-cı il təvəllüdlü Tural Fərzəliyev boğularaq ölüb.