...

Hacıqabulda vaqon yanıb

Hadisə Materials 27 Sentyabr 2022 01:27 (UTC +04:00)
Hacıqabulda vaqon yanıb

Bakı. Trend:

Hacıqabul şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində ehtiyat yolda dayanan istifadəyə yararsız vaqonun yanar hissələri 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, qoşquda olan digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti