Bakı. Trend:
Bakıda küçədən silah-sursat bağlaması aşkar edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ünvanların birindən silah-sursat aşkarlanıb.
Bağlamada 2 ədəd avtomat silahı, 1 ədəd “Mauzer” markalı tapança, 97 ədəd patron və 2 ədəd patron darağı olması müəyyən edilib.
Araşdırma aparılır.