...

Bakıda idman arenasında qətl törədilib

Hadisə Materials 26 Noyabr 2022 18:05 (UTC +04:00)
Bakıda idman arenasında qətl törədilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 26-da saat 17 radələrində paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən şənbə günü Trend-ə bildirilib ki, aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti