Bakı. Trend:
Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində qanunsuz olaraq it döyüşdürən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Göygöl rayon Quşçu kənd sakini Abdulla Hüseynov və Çaykənd kənd sakini Elyaz Məhərrəmov qanunsuz olaraq özlərinə məxsus itləri döyüşdürüblər.
Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq Maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər 25 sutka inzibati qaydada həbs edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.