...

Qax sakininin üzərinə meşədə ağac düşərək ölüb

Hadisə Materials 3 Yanvar 2023 09:50 (UTC +04:00)

Bakı. Trend:

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti