...

Hökməlidə beş narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 19 Yanvar 2023 13:38 (UTC +04:00)

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Cəmaləddin Alxasov, Aydın Eyvazov, Samir Mustafayev, Eldar Nəbiyev və Fərrux Əsgərov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman hazır bükümlər formasında satış üçün qablaşdırılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti