...

Göygöldə mebel mağazasında baş verən yanğın söndürülüb

Hadisə Materials 1 Fevral 2023 09:56 (UTC +04:00)
Göygöldə mebel mağazasında baş verən yanğın söndürülüb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gecə Göygöl rayonu ərazisində yerləşən "Arzu" mebel mağazasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti