...

Şəmkirdə narkotik təsiri altında olan sürücülər saxlanılıb (FOTO)

Hadisə Materials 22 Fevral 2023 09:49 (UTC +04:00)
Şəmkirdə narkotik təsiri altında olan sürücülər saxlanılıb (FOTO)

Bakı. Trend:

Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkir rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və baş verə biləcək qəzaların qarşını almaq məqsədi ilə rayon ərazisində profilaktiki-monitorinq tədbirləri davam etdirilir.

Keçirilən sonuncu belə monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozan bir neçə sürücü saxlanılaraq barələrində qanunamüvafiq tədbir görülüb.

Qayda pozanlar arasında 4 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Etibar Cəfərov, Ruslan Muradov, Aqşin Əsgərzadə və Valeh Aslanovun narkotik vasitədən istifadə etmələri məlum olub.

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Cəfərov 5 sutka müddətində inzibati qaydada həbs, R. Muradov 8 ay müddətinə sürüclük hüququndan məhrum, A. Əsgərzadə və V. Alsanov müxtəlif məbləğlərdə cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti