...

Sabirabadda 6 otaqlı ev və yaxınlıqdakı ağaclar yanıb

Hadisə Materials 14 Mart 2023 18:54 (UTC +04:00)
Sabirabadda 6 otaqlı ev və yaxınlıqdakı ağaclar yanıb

Bakı. Trend:

Sabirabad rayonunun Nərimankənd kəndində həyətyanı ərazidə 210 m² sahədə kol-kos, 9 ədəd ağac, yaxınlıqda ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 3 otağın tavanı 100 m² sahədə, 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti