Bakı. Trend:
Bakıda 32 yaşlı kişi gecə saatlarında küçədə bıçaqlanıb.
Trend-in məlumatına görə, hadisə bu gün gecə saat 01:00 radələrində baş verib. 1991-ci il təvəllüdlü Məmmədov Emil Nurməmməd oğlu Sabunçu rayonu, Maştağa qəsəbəsində, tanımadığı şəxs tərəfindən, naməlum səbəbdən, döş qəfəsinin sol yarısından daxilə nüfuz edən, 1 bıçaq xəsarəti alıb. Yaralı aldığı xəsarətlərdən müalicə olunması üçün Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hadisəni törətmiş şəxsin şəxsiyyətinin müəyyən edilib saxlanılması istəqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsinə əsasən cinayət işi başlanaraq istintaq aparılır.